"Report"un Banka istinadən verdiyi xəbərə görə, ümumilikdə isə indiyədək AİF xətti ilə "Nikoil Bank" vasitəsi ilə 40 mln. manatdan çox həcmdə 1 100 ipoteka krediti ayrılıb.
Cari ilin əvvəlində Banka Fond tərəfindən əlavə olaraq 6,5 mln. manat məbləğində limit ayrılıb. Bank, bu vəsait hesabına ipoteka kreditləşməsi ilə mənzil almaq istəyən əhalidən gələn müraciətləri aktiv şəkildə qəbul edir.
Dövlət ipoteka kreditləşməsinin şərtlərinə əsasən, kreditlər 50 min manatadək məbləğdə, 3 ildən 25-30 ilə qədər müddətə, illik 4-8%-lə verilir. Kreditin məbləği ipoteka götürülən daşınmaz əmlakın bazar dəyərinin 70-80%-ni keçməməlidir ki, bunun nəticəsində kredit üzrə ilkin ödəniş 20-30%-dən az olmamalıdır.