Komissiyanın test mərkəzində 404 namizədin iştirak etdiyi müsabiqənin test imtahanları mərhələsində namizədlərə qanunvericilik üzrə 40, dünyagörüşü üzrə 15, informasiya texnologiyaları üzrə 15, məntiqi təfəkkürün yoxlanılması üzrə 30 sual olmaqla, 100 sual təqdim edilib, namizədlərdən 161-i müvafiq keçid balını toplaya bilib. Həmin namizədlərdən 135-i müsahibə mərhələsində iştirak etmək üçün sənəd təqdim edib.
Bu il noyabrın 10-dan 16-dək komissiyanın test mərkəzində keçirilən müsahibə mərhələsində iştirak edən 131 namizəddən 63-ü müvəffəqiyyət qazanıb. Müsahibə zamanı namizədə ixtisasına, iddia etdiyi vəzifənin qulluq funksiyasına, xarici dil biliklərinə, informasiya texnologiyalarından istifadə bacarığına uyğun suallar verilib.