[ 06 Fevral 2015 10:53 ]



Bakı. Məlahət Nəcəfova - APA. ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov, Ceyms Uorlik və Pyer Andryu, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Ermənistanın xarici işlər naziri Edvard Nalbadyanla görüşüblər.

APA-nın Ermənistan Xarici İşlər Nazirliyinin saytına istinadən xəbərinə görə, görüş Almaniyanın Münhen şəhərində baş tutub.

Görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesi müzakirə edilib. Nazir müzakirə zamanı ölkəsinin münaqişənin həlli istiqamətində həmsədrlərlə birgə səylərini davam etdirəcəyini deyib.