Bakı, 28 noyabr, AZƏRTAC
Təhsil naziri Mikayıl Cabbarov İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) Baş Konfransının XII sessiyasında iştirak etmək üçün Azərbaycana gəlmiş İran İslam Respublikasının təhsil naziri Əliəsgər Fani ilə görüşüb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə İran arasında təhsil sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və gələcək perspektivləri müzakirə edilib.