Bakı, 29 noyabr, AZƏRTAC
“Nikoil Bank” Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) xətti ilə son iki ildə 625-dən çox müəssisə sahibinə ümumi məbləği 9 milyon manat olan güzəştli kreditlər verib.
Bankdan AZƏRTAC-a bildiriblər ki, hər sahibkara verilən kreditin məbləği orta hesabla 14 min manat təşkil edib. Hazırda bank əsasən fermer təsərrüfatı, heyvandarlıq, arıçılıq, balıqçılıq, həmçinin çörək, un, digər məhsul və malların istehsalı ilə məşğul olan sahibkarların bazarda kiçik və orta biznesinin maliyyələşdirilməsini planlaşdırır.
SKMF proqramı üzrə biznes kreditləri 5 mindən 10 milyon manatadək olmaqla illik 6 faizlə 10 ilədək müddətə verilir. Güzəştli dövr kreditin müddətinin yarısı qədərdir. Güzəşt müddəti ərzində müştərilər kreditin yalnız faizini ödəyirlər.
“Nikoil Bank” on ildən artıqdır SKMF ilə əməkdaşlıq edir.