Tokio, 30 noyabr, AZƏRTAC.
Yaponiyaya səfərə gələn əcnəbilərin sayının xeyli artmasını nəzərə alaraq, ölkə bankları təklif etdikləri xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasına çalışır. Belə ki, ölkəni ziyarət edən əcnəbi qonaqlar əsasən bankomatlardan istifadə zamanı çətinlik çəkdiklərini bildiriblər.
Dekabrın ortalarından başlayaraq, “Seven Bank” ona məxsus olan bankomatlarda əməliyyatların idarə olunması üçün əcnəbi dillərin sayını artırmağı planlaşdırır. Bu bank ümumilikdə Yaponiya üzrə 20 mindən artıq bankomata malikdir və həmin aparatlar bütün sutka ərzində fasiləsiz işləyən “7-Eleven” mağazalarında yerləşdirilib.
Hazırda bankın müştəriləri bank əməliyyatları üçün ingilis, çin, koreya, portuqal və yapon dillərindən istifadə edirlər. Yeni aparatlarda isə daha yeddi dilin əlavə ediləcəyi gözlənilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio