Bakı. 30 noyabr. REPORT.AZ/ Noyabrın 28-dən Martın 7-nə kimi "Baku Mall" ticarət və əyləncə mərkəzində nağd və ya plastik kartla 10 manatdan yuxarı alış-veriş edənlər bir ədəd lotoreya bileti əldə edəcək.
"Report" xəbər verir ki, müştərilər həmin lotereya bileti ilə "Baku Mall" Ticarət və Əyləncə Mərkəzində 100 dən çox elektronika məhsulları və qarışıq hədiyyələr qazanacaq, əlavə olaraq super priz olan Mazda 3 avtomobili qazanmaq şansı əldə edəcəklər.
Qeyd edək ki, Baku Mall ticarət və əyləncə mərkəzi Bakı ş., Yasamal rayonu, Həsən bəy Zərdabi 183 (Qələbə dairəsi, İnşaatçılar m. yaxınlığında) ünvanında yerləşir.