Tovuz, 1 dekabr, AZƏRTAC
Tovuz Rayon Polis Şöbəsinin şəxsiyyət vəsiqəsi və qeydiyyat bölməsi tərəfindən ucqar dağ kəndlərində yaşayan vətəndaşlara səyyar xidmət göstərilməsi artıq ənənə halını alıb.
Səyyar xidmətin növbəti ünvanı Qəribli kəndi olub. Bölmənin rəisi Kamil Quliyev AZƏRTAC-a bildirib ki, gün ərzində 56 nəfər orta məktəb şagirdinə, 10 nəfər isə digər kateqoriyadan olan vətəndaşlara şəxsiyyət vəsiqəsi verilib. Kənd sakinləri də onlara yerindəcə göstərilən xidmətdən razılıq edərək bildiriblər ki, bu, həm vaxt, həm də vəsait itkisinin qarşısını alır.