"Qəbələ"yə 4 qol vuran futbolçuya 4-cü təklif

"Qəbələ"yə 4 qol vuran futbolçuya 4-cü təklif
14:17 2 Dekabr 2015
27 İdman
Ölkə mətbuatı
A- A+

Avropa Liqasında "Qəbələ" ilə eyni qrupda mübarizə aparan "Borussiya" aparıcı futbolçusu Pyer-Emerik Obameyanqı itirə bilər.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, qabonlu hücumçu ilə daha bir top-komanda maraqlanır.

"Barselona", "Çelsi" və "Arsenal"dan sonra "Mançester Yunayted" də Obameyanqı heyətinə qatmaq arzusundadır. 26 yaşlı futbolçu ilə danışığa başlayan "mankunianlar" "Borussiya"ya rəsmi təkliflə artıq müraciət ediblər.

"Qəbələ"yə Bakıdakı oyunda 3, Dortmundda isə 1 qol vurmuş Obameyanqın hansı klubu seçəcəyi maraqla gözlənilir.

"Borussiya" rəhbərliyi cari mövsümdə 22 qol vuran futbolçunu baha qiymətə satmağı planlaşdırır. Odur ki, almanlar danışıqlarda asanlıqla razılığa gəlmək fikrində deyillər.

Qeyd edək ki, 2013-cü ildən "Borussiya"nın formasını geyinən Obameyanq bu klubun heyətində ümumilikdə 117 oyunda 66 qola imza atıb. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/386963.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR