Bakıda gecə ağır yol qəzası olub - 3 nəfər ölüb

09:33 3 Dekabr 2015
207 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Məmmədov - Trend:

Bakıda gecə saatlarında dəhşətli yol qəzası baş verib.

Trend-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda "Nissan" markalı minik avtomobili qəzaya uğrayıb.

Xilasedicilər minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü - 1990-ci il təvəllüdlü Yusifov Samir Rafiq oğlunun və 2 naməlum şəxsin cəsədlərini çıxarıb və 1 nəfəri xilas edərək aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 03:18-də başa çatıb.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2464363.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR