Bu ilin noyabrında 5 milyon kvadratmetrdən çox ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

Bu ilin noyabrında 5 milyon kvadratmetrdən çox ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib
11:53 3 Dekabr 2015
16 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 3 dekabr, AZƏRTAC
Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən bu ilin noyabr ayı ərzində 5,032,184 kvadratmetr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. Ay ərzində 125 mina və PHS aşkar edilərək zərərsizləşdirilib.
ANAMA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əməliyyatlarda 488 minaaxtaran mütəxəssis və 112 yardımçı heyət iştirak edib. Həmçinin əməliyyatlara 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it cəlb edilib.
İndiyədək cəmi 314 milyon 455 min 648 kvadratmetr ərazi təmizlənib, 713 min 895 mina və PHS tapılıb zərərsizləşdirilib.
Agentlik tərəfindən təmizləmə əməliyyatları Gəncə şəhərində, Ağcabədi, Ağstafa, Beyləqan, Füzuli, Göygöl, Xocavənd, Qazax, Abşeron, Samux və Tərtər rayonlarında davam etdirilir.
Ay ərzində mina və PHS hadisəsi qeydə alınmayıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bu_ilin_noyabrinda_5_milyon_kvadratmetrden_chox_erazi_mina_ve_partlamamis_herbi_sursatdan_temizlenib-907778

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR