"Huawei" şirkətinin nümayəndəsi: Bizim mallara Azərbaycanda tələbat var

"Huawei" şirkətinin nümayəndəsi: Bizim mallara Azərbaycanda tələbat var
11:58 3 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 3 dekabr, Ramiz Quliyev, AZƏRTAC
Çinin "Huawei" şirkətinin texnoloji avadanlıqları 100-dək ölkədə istifadə olunur. Şirkətin Azərbaycanda nümayəndəliyi 7 ildir ki fəaliyyət göstərir.
Bunu AZƏRTAC-a müsahibəsində “Bakutel 2015” sərgisində iştirak edən "Huawei" şirkətinin marketinq meneceri Fərhad Rzayev bildirib. Onun sözlərinə görə Azərbaycanın bir sıra idarə və təşkilatları "Huawei" şirkətinin mobil telefonlarını, innovativ avadanlığını alır. “Buna səbəb şirkətin məhsullarının yüksək keyfiyyəti, eləcə də, digər şirkətlərlə müqayisədə qiymətlərinin ucuz olmasıdır”, - deyən Fərhad Rzayev bildirib ki, "Huawei" dünyanın aparıcı telekommunikasiya həlləri təchizatçılarından biridir, bu sahədə dünyanın 80 ölkəsi sırasında yer alıb və daim inkişaf edir.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/_quotHuawei_quot_sirketinin_numayendesi_Bizim_mallara_Azerbaycanda_telebat_var-907780

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR