Almaniyanın “Amonbe” Assosiasiyası prezidentinın adı XİN-in “Arzuolunmaz şəxslər siyahısı”ndan çıxarılıb

12:53 3 Dekabr 2015
12 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 3 dekabr, AZƏRTAC
Almaniya vətəndaşı, “Amonbe” Assosiasiyasının prezidenti Piter Qraf Şönborn Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək adının “Arzuolunmaz şəxslər siyahısı”ndan çıxarılmasını xahiş edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məktubda P.Şönborn Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə və qanunlarına hörmət etdiyini, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərinə bilmədən və səfərin fəsadlarından əvvəlcədən məlumatlı olmadan səfər etdiyini qeyd edib. O, bu səfərin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörmətsizlik mənası daşıya bilməyəcəyini vurğulayıb.
Səfərlə əlaqədar təəssüfünü ifadə edən P.Şönborn Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə səfərin heç bir halda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təşviqinə xidmət etmədiyini bildirib. O, işğal olunmuş ərazilərə qanunsuz səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini qeyd edib. P.Şönborn, həmçinin gələcəkdə işğal olunmuş ərazilərə bu kimi səfərlərdən çəkinəcəyinə dair zəmanət verib.
P.Şönbornün müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının “Arzuolunmaz şəxslər siyahısı”ndan çıxarılmasına dair qərar qəbul edilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Almaniyanin_Amonbe_Assosiasiyasi_prezidentinin_adi_XIN_in_Arzuolunmaz_sexsler_siyahisindan_chixarilib-907806

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR