“IE Venture Days Baku” Beynəlxalq startap müsabiqəsi başlayıb

“IE Venture Days Baku” Beynəlxalq startap müsabiqəsi başlayıb
12:58 3 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 3 dekabr, AZƏRTAC
Dekabrın 3-də Bakıda ilk dəfə “Youth Inc.” Gənclərin Sahibkarlıq Proqramının Yüksək Texnologiyalar Parkı ilə əməkdaşlığı çərçivəsində “IE Venture Day Baku” müsabiqəsi öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, Yüksək Texnologiyalar Parkı bu müsabiqəni Avropanın bir nömrəli biznes məktəbi olan “IE Business School” ilə birgə həyata keçirir. Müsabiqənin əsas iştirakçıları olan investorlar, layihə təqdimatçıları öz layihələrini təqdim edir və layihələrin yarışı keçirilir. İştirak edən hər ölkədən layihələr seçilir və İspaniyanın paytaxtı Madriddə keçiriləcək final yarışına qatılma şansı qazanırlar. Həmçinin ilk üçlükdə yer alan layihələrə görə fərqli hədiyyələr verilir. Müsabiqədə təqdim olunan layihələrin əksəriyyəti texnologiya sahəsinə aid layihələrdir.
Müsabiqədə iştirak edən ən güclü 12 startap komandasından 5-i Azərbaycanı təmsil edir. Müsabiqənin qalibləri günün sonunda məlum olacaq.
Daha çox Startapçılar və investorlar arasında səmərəli əməkdaşlıq yaradılması məqsədilə təşkil olunan müsabiqədə Yüksək Texnologiyalar Parkının direktoru Seymur Ağayev gənclərin biznes sahəsində aktivliyinin təmin olunması üçün bu cür layihə və müsabiqələrin əhəmiyyətindən danışıb.
Onun sözlərinə görə yaxın gələcəkdə il sonra Azərbaycan biznes sahəsinə öz uğurları ilə imzalar atacaq.
Tədbirdə Startaplar Braziliya Assosiasiyasının Təhsil və Texnologiya Komitəsinin sədri Nyuton Kampos, “Youth Inc.” proqramının koordinatoru Müşviq Həsənov, “Golden Pay” şirkətinin təsisçisi Fərid İsmayılzadə, “Venture Lab”ın icraçı direktoru Pari Dö Letra, “Pipedrive” və “Garage48” şirkətinin təsisçisi Ragnar Sass, “Facebook” şirkətinin Şimali, Mərkəzi və Şərqi Avropa üzrə regional direktoru Kliv Ryan, “Microsoft Azerbaycan”nın marketinq meneceri Səbinə Pərvizi, Amerika Ticarət Palatasının direktoru Natavan Məmmədova və başqa natiqlər çıxış edəcək. O cümlədən Mobil və veb texnologiyaların inkişafı – Silikon Vadisindən baxış mövzusunda “Products & Startups for Code for America” şirkətinin direktoru Leyn Beker tərəfindən təqdimat olacaq.







RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR