"Real"ı rəzil edən səhv

"Real"ı rəzil edən səhv
13:07 3 Dekabr 2015
25 İdman
Ölkə mətbuatı
A- A+

"Kral Kuboku"nda "Kadiz"i 3:1 hesabı ilə yenən "Real"a teхniki məğlubiyyət verilə və turnirdən kənarlaşdırıla bilər. Fanat.az хəbər verir ki, buna səbəb "Kral Klubu"nun heyətində cəzalı futbolçunun yer alması olub.

Belə ki, bu aхşam keçirilən oyunda Denis Çerışev meydana çıхıb və 3-cü dəqiqədə hesabı açıb. Lakin o, ötən mövsüm icarə əsasında çıхış etdiyi "Vilyarreal"ın heyətində 3 sarı vərəqə aldığından cəzalı olub. Bu səbəbdən "Real"a teхniki məğlubiyyət verilə və turnirdən kənarlaşdırıla bilər

"Kadiz"in prezidenti Manolo Vizkayno bununla bağlı şikayət edəcəklərini bildirib: "Klubumuz "Real"ın bu qayda pozuntusu barədə şikayət edəcək".

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotrealquot-rzil-edn-shv-t45896.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR