Nardaranda yerə basdırılmış silah-sursat çıxarıldı

Nardaranda yerə basdırılmış silah-sursat çıxarıldı
13:09 3 Dekabr 2015
49 Ölkə
Ölkə mətbuatı
A- A+

DİN məlumat yayıb

Daxili İşlər Nazirliyi Nardaran qəsəbəsi ərazisindən silah-sursat tapılması barədə məlumat yayıb. Lent.az nazirliyə istinadən xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Sabunçu RPİ əməkdaşları tərəfindən Nardaran qəsəbəsində torpağa basdırılmış 1 ədəd nömrəsi silinmiş, qundağı kəsilmiş “AKM” markalı silah, 5 ədəd patron və 1 ədəd patron darağı, məişət tullantıları qutusundan isə 1 ədəd nömrə silinmiş “Revolver” tipli tapança tapılıb.

 

Araşdırma davam etdirilir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/223773

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR