Ağsuya gələn “Asan xidmət”dən indiyədək yüzlərlə sakin faydalanıb

Ağsuya gələn “Asan xidmət”dən indiyədək yüzlərlə sakin faydalanıb
16:33 3 Dekabr 2015
42 Digər
Ölkə mətbuatı
A- A+


Ağsu, 3 dekabr, Adil Ağayev, AZƏRTAC 
Dekabrın 25-dən etibarən Ağsuya gələn səyyar “Asan xidmət”dən az vaxtda yüzlərlə rayon sakini faydalanıb.
AZƏRTAC xəbər verir ki, ağsululara göstərilən səyyar xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim edilir.
Göstərilən xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi və digər xidmətlər daxildir.
“Asan xidmət”ə müraciət edən sakinlər funksional yardım xidmətlərindən də yararlanırlar. Bu xidmətlərə, həmçinin qan qrupu barədə tibbi arayışların verilməsi daxildir.
Səyyar “Asan xidmət” ağsululara dekabrın 9-dək xidmət göstərəcək.




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Agsuya_gelen_Asan_xidmetden_indiyedek_yuzlerle_sakin_faydalanib-907932

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR