Abşeron magistral qaz kəmərləri sahəsində təmir işləri aparılacaq

Abşeron magistral qaz kəmərləri sahəsində təmir işləri aparılacaq
16:37 3 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 3 dekabr. REPORT.AZ/ Dekabrın 4-də saat 10:00-dan 18:00-dək Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz ixrac İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Türkan-1”, “Türkan-2” və “Mərdəkan bağları” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
"Report" SOCAR-ın mətbuat ximətinə istinadən xəbər verir ki, təmir işlərinin Bakı şəhəri Xəzər rayonunun Türkan və Mərdəkan qəsəbələrinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR