Yeni test tapşırığı nümunələri müzakirə olunur

Yeni test tapşırığı nümunələri müzakirə olunur
16:53 3 Dekabr 2015
48 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 3 dekabr, AZƏRTAC
Fizika fənni üzrə seminarda birinci ixtisas qrupu üzrə yeni test tapşırığı nümunələrinin elmi-metodik baxımdan müzakirəsi aparılıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AZƏRTAC-a bildiriblər ki, seminarda test tapşırığı nümunələri mövzu, nominasiya və mürəkkəblik dərəcəsinə görə təhlil edilib.
Birinci ixtisas qrupu üzrə yeni test tapşırığı nümunələrinin müzakirəsi başa çatıb. Yeni test modeli 2016-cı ildə “Abituriyent” jurnalının birinci nömrəsində dərc olunacaq.
Dekabrın 9-da dördüncü ixtisas qrupu üzrə yeni test tapşırığı nümunələri müzakirə ediləcək.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yeni_test_tapsirigi_numuneleri_muzakire_olunur-907954

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR