Bu gün 19 yaşadək futbolçulardan ibarət komandalar arasında 2017-ci ildə təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb.
Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan millisi 5-ci qrupda Bosniya və Herseqovina, Avstriya və Litva komandaları ilə mübarizə aparacaq. Bu qrupun oyunları 2016-cı il oktyabrın 4-də, 6-da və 9-da Litvada keçiriləcək.