Məşhur müğənni 20 kilo arıqladı (FOTO)

Məşhur müğənni 20 kilo arıqladı (FOTO)
17:11 3 Dekabr 2015
175 Şou
Ölkə mətbuatı
A- A+

Məşhur müğənni Meray Kerri 20 kilo arıqlayaraq hamını təəcübləndirib.

ANS PRESS-in məlumatına görə, Meray Kerri 2 ay ərzində təxminən 20 kilo arıqlayıb.

Müğənni avstraliyalı biznesmen sevgilisi Ceym Parkerlə Nyu Yorkda şükranlıq günü münasibəti ilə, paradda iştirak edib. Meray Kerri qırmızı rəngdə qiyafəti və arıq görünüşü ilə göz qamaşdırıb.

Deyilənə görə, müğənnin arıqlamasının səbəbi aktiv həyat tərzi və diyeta saxlaması olub.


Meray Keri - noyabr 2015/ avqust 2015

İfaçının ailəsinə yaxın olan dostlar bildirir ki, müğənnin böyük motivasiyası onun həyat yoldaşı Ceyms Parker olub.

“Meray arzu edir ki, Ceymsə ərə getsin. Ceyms həmişə ona xoş sözlər deyir. Meray üçün vacibdir ki, həmişə onun gözündə gözəl qalsın”


Meray Kerri və Ceyms Parker

Meraya Kerri arıqlayaraq heyranlarını təəcübləndirən ilk məşhur deyil. Xarici görünüşü ilə bu cür eksperimentləri bir çox ulduzlar film çəkilişlərinə görə ediblər.

Avstraliyalı aktyor Kris Hemsfort saxladığı pəhriz nəticəsində tanınmaz hala düşüb. O, gündə cəmi 500 kalorilik qida qəbul edərək 7 kilo arıqlayıb. 32 yaşlı aktyor sosial şəbəkədə yeni fotolarını paylaşaraq saxladığı pəhrizi heç kimə məsləhət görmədiyini bildirib. Öz yeni formasından təəssüflənsə də Kris bu addımı çəkildiyi yeni filmdəki obrazı üçün atıb.


Kris Henmsvortun "İnstaqram" səhifəsi


Görünüşünü dəyişərək sevənlərini şoka salanlar arasında azərbaycanlılar da az deyil. Bunlardan biri də müğənni Murad Arifdir. O, 3 ay ərzində 20 kiloqram arıqlayıb.


Murad Arif - müğənni

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=366348

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR