Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin əməkdaşları monitorinq keçirib

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin əməkdaşları monitorinq keçirib
18:33 3 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 3 dekabr, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin (MEMM) iş planına uyğun olaraq müəssisənin bədii təhsil şöbəsinin baş metodisti Rauf İmanov və metodist Zəbulla Quliyev dekabrın 1-dən 3-dək uşaq musiqi, incəsənət və orta ümumtəhsil məktəbləri arasında əlaqələrin monitorinqini aparmaq məqsədilə Hacıqabul şəhərində olublar.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, MEMM tərəfindən planlaşdırılan monitorinqdə Hacıqabul şəhərindəki 1, 8, 9, 10 nömrəli ümumtəhsil orta məktəblərinin, həmçinin Şirvan, Salyan, Sabirabad, Saatlı, Neftçala şəhər və rayon uşaq musiqi və incəsənət məktəblərinin direktorları iştirak ediblər.
Geniş fikir mübadiləsi ilə keçən tədbirdə qeyd olunan məktəblər arasında sıx əlaqələrdən danışılıb və fikir mübadiləsi aparılıb.
Monitorinq çərçivəsində dəvət olunan məktəblərin direktorları görülən işlər, keçirilən tədbirlərlə yanaşı, gələcəkdə görüləcək işlər barədə də məlumatlar, yeni tədris proqramları və metodiki vəsaitlər təqdim ediblər. Gələcəkdə tədbirlərin mütəmadi olaraq keçirilməsi məktəb direktorlarının nəzərinə çatdırılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Medeniyyetsunasliq_uzre_Elmi_Metodiki_Merkezin_emekdaslari_monitorinq_kechirib-908008

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR