Daha bir aviaşirkət Bakıya uçuşları dayandırır

Daha bir aviaşirkət Bakıya uçuşları dayandırır
18:42 3 Dekabr 2015
34 Digər
Ölkə mətbuatı
A- A+

Avstriyanın Hava Yolları şirkəti "Austrian Airlines" Bakıya uçuşları dayandırır. Milli.Az xəbər verir ki, fins.az-ın məlumatına görə, bu barədə "Austrian Airlines"ın Bakı nümayəndəliyindən bildirilib. İndiyədək adıçəkilən şirkət Bakı-Vyana reysləri həyata keçirirdi. Şirkətdən bildirilib ki, reyslərin dayandırılmasına səbəb tələbatın aşağı düşməsi və sərnişinlərin sayının azalmasıdır.

Şirkətdən onu da qeyd ediblər ki, Vyanaya reyslər 2016-cı ilin yanvarın 12-dən etibarən dayandırılır. Sərnişinlərə isə alternativ variantlar təklif olunacaq.

Şirkət, eyni zamanda, yaranmış narahatlığa görə, sərnişinlərindən üzr də istəyib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR