Səsiniz batıbsa, ehtiyatlı olun TƏHLÜKƏ

Səsiniz batıbsa, ehtiyatlı olun TƏHLÜKƏ
22:17 3 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Mütəxəssislər səsin yanlış istifadəsinin səs teli xəstəliklərinə yol aça biləcəyini deyir. Əgər səsiniz qısılıbsa və bu şikayət iki həftədən çox davam edibsə, mütəxəssisə üz tutmaq lazımdır. 

Milli.Az lent.az-a istinadən bildirir ki, nəfəs almadan danışmağa başlamaq, nöqtəyə, vergülə diqqət etmədən danışmaq, gurultulu yerlərdə söhbət etmək, həyəcanlı, çox danışan ailədə böyümək, ailədə zəif eşidən biri olduğundan yüksək səslə danışmaq ehtiyacı səs tellərində problem yaradır. Peşələrindən dolayı da səs teli problemi yaşayanlar olur. Satış sektorunda çalışanlarda, alverçilər, müəllimələrdə, ifaçılarda səs telləri xəstəliyi sıx görülür. Kondisionerli şəraitdə işləmək, hava kirliyi, reflüks xəstəliyi də səs teli xəstəliklərinə zəmin yaradır. 
 
Qadınlarda səsi kişiləşdirir
 
Səs teli xəstəliklərinin ən əsas əlamətinin səs qısıqlığı olduğu deyilir. Ancaq səs qısıqlığı ilə yanaşı zamanla səsdə batmalar, heç səs çıxara bilməmək, səsdə yorulma ola bilər. Bu bölgədə yaranacaq xəstəliklərə öskürək, tənəffüsdə çətinlik, udqunma çətinliyi, boğazda göynəmə, yad cism varmış kimi şikayətlər və bir neçə amil səs teli probleminə yol aça bilər.
 
Siqaret dumanına məruz qalmaq səs teli mukozasının pozulmasına yol açır və bu hal zamanla qırtlaq xərçənginə yol açır. Erkən yaşda siqaret çəkmək, ailədə xərçəng riski olması da qırtlaq xərçəngi ehtimalını artırır. Çox siqaret çəkən qadınlarda kişi səsinə bənzər səs çıxır. Bu hal səs tellərində su yığılmasına səbəb olur. Hər birimiz bu halla çox rastlamışıq. Məsələn, telefonda danışdığımız şəxsin kişi olduğunu zənn edir, sonra isə qadın olduğunu öyrənirik. Belə halda səs teli bir balon kimi şişir. Bu da bir müddət sonra nəfəs darlığına yol açır.
 
Səs qısıqlığı tiroit, ağciyər, boyun, beyin, qırtlaq xərçənglərinin əlaməti ola bilər. Reflüksün də ilk əlamətidir. Beyindəki sinir sistemi səs tellərinin hərəkət etməsini təmin edir. Bir damar anevrizması, ağciyərdəki bir şiş bu sinirə təzyiq edərək səsin qısılmasına yol açır. Beyində yerləşən şiş də səs telinin iflic olmasına yol açır. 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/387343.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR