Şimal-qərb bölgəsinə ilk qar yağdı (VİDEO)

Şimal-qərb bölgəsinə ilk qar yağdı (VİDEO)
03:06 4 Dekabr 2015
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Şimal-qərb bölgəsinə ilk qar yağıb. İsmayıllı Balakən zonasına səhər saatlarından yağan ilk qar havanın da kəskin şəkildə soyumasına səbəb olub.

Yüksək dağ kəndlərində havanın tempraturu 5-10 dərəcə aşağı enib. Bölgədə ən çox qar Qax rayonunun dağlıq İlisu və Sarıbaş kəndlərinə düşüb.

Səhər saatlarından yağmağa başlayan qar İlisuya gedən avtomobil yolunu örtsə də, kəndə gediş-gəliş məhdudlaşmayıb. Sürücülər avtomobillərini qışa əvvəlcədən hazırladıqlarını söyləyirlər.

Sakinlər isə yağan bu qarın bərəkət olduğunu deyirlər.

“Yağan qardan mən ləzzət alıram. Çox gözəldi. Bu qar bərəkətdir, sağlamlıqdır. İndi dostumla birlikdə yola çıxmşıq, gəzməyə gedirik”, – deyə kənd sakini Akif İsmayılov bildirib.

Qaxın İlisu kəndində qarın qalınlığı təqribən 10, Sarıbaş kəndində isə 20 sm-dən artıqdır.

Hidrometroloqlar bölgədə yağıntılı hava şəraitinin dekabrın 6-dək davam edəcəyini bildirir.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=366384

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR