Bəhmən Həsənov: "İlk 15 dəqiqədə maksimum iş görmək lazım idi"

"Rəvan" - "Bakı" oyunundan (1:1) sonra ev sahiblərinin baş məşqçisi Bəhmən Həsənovun mətbuat konfransı keçirilib.

Həsənovun fikirlərini sizinlə bölüşürük:

"Hava şəraitini və rəqibi nəzərə alaraq, futbolçulara tapşırıqlar vermişdim. İlk 15 dəqiqədə maksimum iş görmək lazım idi. Çünki “Bakı”nın motivasiyası bizimlə müqayisədə çox idi. Ilk hissədə tapşırıqlar yerinə yetirilmədi, belə hava şəraitində oynamaq çətindir. Bütün bunlara baxmayaraq, qələbə qazandıq, nəticədən və oyundan razıyam".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR