Tailandda turistləri daşıyan avtobus aşdı: 10 yaralı

Tailandda turistləri daşıyan avtobus aşdı: 10 yaralı
07:14 30 Dekabr 2014
186 Dünya
Ölkə mətbuatı
A- A+

Tailandın Pxuket adasında rusiyalı turistləri daşıyan avtobus qəzaya uğrayıb.

 

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, nəticədə azı 10 nəfər xəsarət alıb.

 

Şahidlərin sözlərinə görə, turist avtobusu qəflətən yoldan çıxaraq aşıb. Qəza zamanı avtobusda 37 rusiyalı turistin olduğu bildirilir.

 

Hadisə yerinə xilasedicilər və təcili yardım briqadaları cəlb olunub. Qəzanın səbəbləri müəyyənləşdirilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR