Azərbaycanın xarici işlər naziri ATƏT DTİHB-in direktoru ilə görüşüb

11:23 4 Dekabr 2015
17 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 4 dekabr, AZƏRTAC
Xarici işlər naziri Elmar Məmmədyarov dekabrın 3-də Belqradda ATƏT Nazirlər Şurasının 22-ci iclası çərçivəsində qurumun Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) direktoru Maykl Link ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Elmar Məmmədyarov Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun bu il noyabrın 1-də Azərbaycanda keçirilmiş parlament seçkilərini müşahidə etməkdən imtina etməsinin onun mandatına zidd olduğunu bildirib. O, Azərbaycanın məntiqə əsaslanan və konstruktiv əməkdaşlıq çağırışlarına baxmayaraq, qurum tərəfindən belə bir addımın atılmasının onun müstəqilliyi və qərəzsizliyini sual altına qoyduğunu vurğulayıb.
Nazir ATƏT DTİHB-in hansı prinsip və metodologiya əsasında bu cür mövqe tutmasının araşdırılmasının zəruriliyini diqqətə çatdırıb.
Maykl Link Büronun bütün üzv dövlətlərlə əməkdaşlıq etməkdə maraqlı və hazır olduğunu bildirib, qurumun gələcəkdə bu istiqamətdə səylərini daha da artıracağını qeyd edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR