Daxili İşlər Nazirliyi Pirallahı qəsəbəsində baş vermiş bədbəxt hadisə ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 3-də Pirallahı qəsəbəsində yaşayan 2-ci qrup əlil Adil Ələkbərov evinin hamam otağında yıxılıb, şüşə parçasının boğazına batması nəticəsində hadisə yerində ölüb.
Araşdırmalar aparılır.