"Real Madrid" "Fənərbaxça"ya qalib gəldi (VİDEO)

"Real Madrid" "Fənərbaxça"ya qalib gəldi (VİDEO)
13:21 4 Dekabr 2015
22 İdman
Ölkə mətbuatı
A- A+

Basketbol üzrə Avropa Liqasının
8-ci turunun oyunları keçirilib.

ANS PRESS-in məlumatına görə, "A" qrupunda turnirin ötənilki qalibi
"Real Madrid" qrupun lideri "Fənərbaxça"ya 80-73 hesabı ilə qalib gəlib. "B" qrupunda keçirilən matçlarda isə, "Olimpiakos" "Milan"nı 73-63, "Laboral Kutça" "Limoj"u 92-56 və "Anadolu", isə səfərdə "Tsedevita"nı 81-75 hesabı ilə üstələyib.

Cari ilə uğursuz start verən "D" qrupunun lideri "CSKA" isə, növbəti dəfə 100 xallıq nəticəyə imza atıb. Ordu klubu Almaniyada "Brose Baskets"i 100-88 hesabı ilə məğlub edib. Qrupun digər matçında qonaqlar üstün olub.
İtaliyada "Makkabi Təl-Əviv" yerli "Sassari"ni iki xal fərqlə üstələyib: 76-74. Turun qalan 5 matçı bu gün keçiriləcək.


"Real Madrid" - "Fənərbaxça" matçı

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=366413

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR