​FIFA-nın 16 məmuru barəsində cinayət işi açılıb

​FIFA-nın 16 məmuru barəsində cinayət işi açılıb
13:47 4 Dekabr 2015
27 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 4 dekabr. REPORT.AZ/ FİFA-nın 16 sabiq və hazırkı məmuru barəsində cinayət işi açılıb. "Report"un məlumatına görə, bu barədə ABŞ ədliyyə naziri Loretta Linç nazirlikdə təşkil olunmuş mətbuat konfransında bildirib.
O qeyd edib ki, həmin məmurlar öz vəzifələrindən maddi gəlir əldə etmək üçün istifadə ediblər: "Artıq bir neçə məmur saxlanılıb. Buna baxmayaraq əməliyyat davam edir və digərləri də saxlanıldıqdan sonra ABŞ-a gətiriləcək".
L.Linç bildirib ki, barəsində cinayət işi açılan şəxs və qurumların sayı 41-ə çatıb. Onlardan 12 şəxs və 2 idman şirkəti günahkar hesab olunub.

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/fifa-nin-16-memuru-baresinde-cinayet-isi-acilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR