“Hər şey daxil” verilişi müğənni Vasif Məhərrəmlinin evində qonaq olub.
Axşam.az-ın məlumatına görə, sənətçi öz sirrlərini açıb:
“Çox vasvası adamam. Yerdə nəsə görsəm, əyilib götürürəm. Ya evimdə hər şeyin yaxşısı olmalıdır, ya da ümumiyyətlə olmamalıdır. Çalışıram yrmə bişiriləndə evdə olmayım. Xoşlamıram yeməyin iyini. Küçədə qar yağsa da qapı-pəncərəni açacam ki, qoxu çıxsın”.
Qeyd edək ki, V.Məhərrəmlinin Əfşan adlı qızı, Məhəmmədhüseyn adlı oğlu var.