Bakcell "Green Car Azerbaijan"ın "ağıllı avtomobil"ini nümayiş etdirir

Bakcell "Green Car Azerbaijan"ın "ağıllı avtomobil"ini nümayiş etdirir
18:13 4 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti 189 Taksi xidməti ilə birlikdə “Green Car Azerbaijan” MMC tərəfindən təqdim olunan “ağıllı avtomobil”i “Bakutel 2015” sərgisində nümayiş etdirir.

"Bakcell" stendində nəqliyyat vasitələrində "Wi-Fi" şəbəkəsinin quraşdırılmasına həsr olunmuş xüsusi guşə yaradlılıb. Stendin ziyarətçiləri ən son "Tesla" avtomobilini və avtomobil texnologiyasi ilə mobil operatorun necə birlikdə çalışa bildiyini görəcəklər.

189 Taksi xidməti Bakcell-in ən böyük korporativ müştərilərindən biri və “Ulduzum” sadiqlik porqramının əsas partnyorudur. Bu taksilərdən istifadə edən sərnişinlər pulsuz olaraq Bakcell-in yüksək sürətli Wi-Fi xidmətindən yararlana bilirlər.

Bunun üçün "Bakcell" abunəçiləri 189 taksi xidmətinin avtomobillərində Bakcell-in "Wi-Fi" şəbəkəsinə qoşulduqdan sonra öz nömrələrini daxil etməli və SMS vasitəsilə aldıqları kodu yığmalıdırlar. Qoşulmanın aktivləşdiyi andan etibarən pulsuz internet bir saat ərzində limitsiz istifadə oluna bilər. Bu xidmətdən istənilən "Bakcell" abunəçisi və ya rouminqdə olarkən "Bakcell" şəbəkəsinə qoşulan abunəçi yararlana bilər.

“BakuTel” sərgisi zamanı Bakı Ekspo Mərkəzindən istənilən nöqtəyə taksi sifariş edən "Bakcell" abunəçiləri “Ulduzum” kodu vasitəsilə 20% endirim əldə edirlər. “Ulduzum” guşəsinin ziyarətçiləri həmçinin monitorda 2D formatında “Rəqəmsal Caynalı Kran” (Digital Claw Crane) oyununda caynağı müxtəlif istiqamətlərdə hərəkət etdirməklə proqramın tərəfdaşları tərəfindən təqdim olunan hədiyyələr əldə edir.

"Bakcell" şirkəti “BakuTel-2015” sərgisinə gələn bütün ziyarətçiləri öz stendinə dəvət edir və onlara xoş və əyləncəli mühitdə ən son texnologiyalardan istifadə edərək imkanı vəd edir.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/it/2465373.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR