İsveçdə qaçqınların yerləşdirilməsi üçün nəzərdə tutulan daha bir bina yandırılıb

İsveçdə qaçqınların yerləşdirilməsi üçün nəzərdə tutulan daha bir bina yandırılıb
19:08 4 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+


Stokholm, 4 dekabr, AZƏRTAC
İsveçdə qaçqınların yerləşdirilməsi üçün nəzərdə tutulan daha bir bina yandırılıb. İsveç KİV-lərinin yaydığı xəbərə görə, bu dəfə yanğın İsveçin Gotene şəhərciyindəki binaların birində törədilib.
Yayılan xəbərlərdə deyilir ki, gecə saatlarında yerli xilasetmə xidmətinə həyəcan siqnalı daxil olub. Təhlükəsizlik xidmətinin nümayəndələri və yanğınsöndürənlər hadisə yerinə gələndə binanın əvvəllər məktəb yerləşən hissəsi yanırmış. Keçmiş sinif otaqlarını qaçqınlar üçün mənzillərə çevirmək məqsədi ilə bir qədər əvvəl burada təmir işləri aparılıb.
Hazırda bina dövrəyə alınıb, hadisə yerində polis və texniki xidmətlər işləyir, istintaq aparılır.
KİV nümayəndələri qeyd edirlər ki, yanğın əvvəllər heç vaxt buna bənzər halla rastlaşmayan, təqribən 13 min əhalisi olan bu şəhərciyin sakinlərini yaman qorxudub.
Qeyd edək ki, təkcə son aylar İsveçdə qaçqınların yerləşdirildiyi məntəqələrə 30-dan çox hücum qeydə alınıb. Yaranmış vəziyyətlə əlaqədar İsveç hökuməti qaçqınların yerləşdirilməsi üçün nəzərdə tutulan yerləri məxfi saxlamaq və onların mühafizəsini gücləndirmək barədə qərar qəbul etməli olub.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Isvechde_qachqinlarin_yerlesdirilmesi_uchun_nezerde_tutulan_daha_bir_bina_yandirilib-908405

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR