Molla Cumənin 160 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib

Molla Cumənin 160 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib
20:23 4 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 4 dekabr, Ceyhun Alışlı, AZƏRTAC
Dekabrın 4-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında aşıq məktəbinin görkəmli nümayəndəsi Molla Cumənin anadan olmasının 160 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə reallaşan tədbirdə sənətkarın XX əsr aşıq poeziyasındakı xidmətlərindən, həyat və yaradıcılığından söz açılıb.
Tədbirdə filologiya elmləri doktoru, professor, Əməkdar Elm Xadimi Məhərrəm Qasımlı çıxış edərək ölkəmizdə sənətə və sənətkara göstərilən diqqət və qayğıdan, aşıq sənətinin inkişafı naminə həyata keçirilən məqsədyönlü işlərdən, həmçinin Molla Cumənin həyat və yaradıcılığından söz açıb.
Məhərrəm Qasımlı bildirib ki, bu gün Azərbaycan dövləti aşıq sənətinə, aşıqların yaradıcılığına yüksək qiymət verir. Diqqətə çatdırılıb ki, bu müqəddəs sənət Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın səyi nəticəsində UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilib.
Daha Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov Mola Cumənin həyat və yaradıcılığının tarixi detallarında danışıb. Bildirilib ki, 1854-cü ildə Şəkinin Aşağı Ləyisli kəndinə doğulması ehtimal edilən sənətkar klassik ədəbi poeziyada Azərbaycan və İslam dünyası ilə bağlılığı olan çoxsaylı şeirlərin müəllifi kimi tanınır. “İsmi Pünhan” təxəllüslü sənətkar hər şeydən əvvəl məhəbbət aşığıdır. O, özünü ən məşhur, cəfakeş, əzabkeş aşiqlərin cərgəsində görürdü. 1920-ci ildə vəfat edən aşığın qoyub getdiyi irs bütün zamanlarda aktualdır.
Yubiley tədbiri Azərbaycan aşıqlarının konsert proqramı ilə davam edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Molla_Cumenin_160_illiyine_hesr_olunmus_yubiley_gecesi_kechirilib-908448

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR