“Eurodizayn” QSC telekommunikasiya sahəsi üzrə müasir həll olunma üsullarını təklif edir

11:23 5 Dekabr 2015
17 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 4 dekabr, Ramiz Quliyev, AZƏRTAC
Azərbaycanın “Eurodizayn” QSC şirkəti həm ölkəmizdə, həm də Gürcüstanda fəaliyyət göstərən şirkətlərə telekommunikasiya sahəsindəki məsələlərin ən müasir həll olunma üsullarını təklif edir.
Bu barədə AZƏRTAC-a müsahibəsində “Bakutel 2015” sərgisinin iştirakçılarından olan “Eurodizayn”ın kommunikasiyalar üzrə əlaqələndiricisi Cavid Mustafayev deyib. O bildirib ki, şirkət informasiya xidmətləri, sistem inteqrasiyası, informasiya texnologiyaları məsləhət və layihə menecmentliyi üzrə ixtisaslaşıb.
Vurğulayıb ki, belə sistemlər əsasən neft-qaz hasilatı, tikinti sənayesi, tibbi xidmətlər və maddi–texniki təminat sahələrində fəaliyyət göstərən şirkətlərə təklif olunur.
C.Mustafayev əlavə edib ki, “Eurodizayn” QSC bir sıra beynəlxalq layihələrdə, o cümlədən “Bakı-2015” ilk Avropa Oyunlarının informasiya texnologiya və telekommunikasiya infrastrukturunun qurulmasında fəal iştirak edən qurumlardan biri olub. Şirkət logistika və kommersiya təşkilatlarının mürəkkəb layihələrini idarə edən peşəkar mütəxəssislərdən ibarətdir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Eurodizayn_QSC_telekommunikasiya_sahesi_uzre_muasir_hell_olunma_usullarini_teklif_edir-908515

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR