Saakaşvili : "Heç kim məni bu sevgidən çəkindirə bilməz"

Saakaşvili : "Heç kim məni bu sevgidən çəkindirə bilməz"
19:22 5 Dekabr 2015
40 Digər
Ölkə mətbuatı
A- A+

"Onlar məni pasportdan məhrum edə bilərlər, ancaq heç kim mənim milli mənsubiyyətimi əlimdən ala, məni Gürcüstana olan sevgimdən çəkindirə bilməz".

Milli.Az "Report"a istinadən bildirir ki, bunu Gürcüstanın keçmiş prezidenti, Ukraynanın Odessa vilayətinin qurbenatoru Mixail Saakaşvili müraciətində bildirib.
"Əvvəlcə məni həbs edəcəklərini dedilər. Ölkəmi tərk etməyə məcbur oldum. Ukrayanaya gəldim. Gürcüstanda olduğu kimi burada da mübarizə gedir. Onlar (Gürcüstan hakimiyyətinin nəzərdə tutur - "Report") məni pasportdan məhrum edə bilərlər, ancaq heç kim mənim milli mənsubiyyətimi əlimdən ala, məni Gürcüstana olan sevgimdən çəkindirə bilməz. Biz mütləq qayıdacağıq və birlikdə qələbə qazanacağıq", - o, vurğulayıb.
Onun müraciəti Gürcüstan telekanallarında yayımlanıb.
Qeyd edək ki, ötən gün Gürcüstan prezidenti Georgi Marqvelaşvili dövlətin keçmiş başçısı Mixail Saakaşvilininin ölkənin vətəndaşlığından məhrum edilməsi ilə bağlı sərəncam imzalayıb. 
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR