​Ermənistanda çörək istehsalının həcmi azalıb

​Ermənistanda çörək istehsalının həcmi azalıb
19:27 5 Dekabr 2015
57 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 5 dekabr. REPORT.AZ/ "Ermənistanda çörək istehlak edən əhalinin sayı o dərəcədə azalıb ki, rəsmi statistika bunu gizlədə bilmir".
"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.
"Ermənistanın Milli Statistika Xidmətinin məlumatına görə, ölkədə çörək istehsalı cari ilin ilk 10 ayında ötən ilin uyğun dövrü ilə müqayisədə 2 faiz azalıb. Bu müddətdə çörək istehlakında da azalma müşahidə edilib. Çörək istehlak edən əhalinin sayı o dərəcədə azalıb ki, rəsmi statistika xidməti artıq bunu gizlədə bilmir.
Qeyd edək ki, uzun illərdir Ermənistanda bu sahədə dəyişikliyin olmaması vurğulanırdı.
Çörək istehlakı əsasında əhalinin gerçək sayını da müəyyən etmək mümkündür. Ona görə hakimiyyət ölkədə çörək istehlakının həcminin dəyişməsi ilə bağlı qeydiyyatın aparılmaması barədə rəsmi siyasi qərar qəbul edilib", - KİV vurğulayıb. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR