"Sumqayıt" son saniyələrdə qələbəni əldən verdi, "Rəvan" - AZAL oyununda qalib müəyyənləşmədi (Nəticələr)

Topaz Premyer Liqasında 15-ci tura yekun vurulub.

Bu günə iki görüş planlaşdırılıb. Günün ilk matçında "Sumqayıt" "Kəpəz"i qəbul edib. "Sumqayıt" son saniyələrə qədər hesabda irəli olub. Ancaq matçın əsas vaxtına əlavə edilmiş sonuncu dəqiqədə hakim penalti təyin edib. Tural Axundovun zərbəsi dəqiq olub və "Sumqayıt" qələbəni son saniyələrdə əldən verib. Rəvan - AZAL oyununda da qalib müəyyənləşməyib. 90 dəqiqə ərzində qapılara qol vurulmayııb.

Topaz Premyer Liqası

15-ci tur

7 dekabr

“Sumqayıt” – “Kəpəz” - 2:2

Qollar: Emin Mehdiyev, 56, Amil Yunanov, 78 - Aleksandr Sitnik, 75, Tural Axundov, 90+5 (pen.)
Hakimlər: Fariz Yusifov, Cavanşir Yusifov, Coşqun Həsənov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Məlik Həsənov
“Kapital Bank Arena”

“Rəvan” – AZAL - 0:0
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Elman Musayev, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Xaqani Məmmədov
“Bayıl Arena”

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR