İŞİD-lə əməkdaşlıq edən FİDE prezidenti vəzifədən uzaqlaşdırıldı

İŞİD-lə əməkdaşlıq edən FİDE prezidenti vəzifədən uzaqlaşdırıldı
12:07 7 Dekabr 2015
16 İdman
Ölkə mətbuatı
A- A+

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Kirsan İlümjinov vəzifəsindən uzaqlaşdırılıb. Fanat.az xəbər verir ki, bu haqda FIDE açıqlama yayıb.


Qurumun İdarə Heyətinin qərarı ilə FIDE-yə Yunanıstanın Şahmat Federasiyasının rəhbəri Georgios Makropoulos başçılıq edəcək.


Qeyd edək ki, ABŞ-ın Xəzinə Nazirliyi Suriyada Bəşşar Əsəd rejiminə maliyyə yardımı göstərən, terrorçu İŞİD qruplaşmasından neft alınmasına vasitəçilik edən 4 nəfərə və 6 şirkətə qarşı sanksiya tətbiq edib və onların adları "qara siyahı"ya daxil edilib. Rusiyanın Kalmıkiya Respublikasının başçısı, FIDE-nin prezidenti Kirsan İlümjinov da sanksiyaya məruz qalan şəxslər arasındadı.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-d-l-mkdalq-edn-fde-prezidenti-vzifdn-uzaqladrld-t45973.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR