​"Kapital Bank" ASC "Fitch"lə müqaviləsinə xitam verib

​"Kapital Bank" ASC "Fitch"lə müqaviləsinə xitam verib
14:12 7 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 7 dekabr. REPORT.AZ/ "Kapital Bank"ın "Fitch" beynəlxalq reytinq agentliyi ilə bağladığı müqavilənin müddəti bitib və Bankımız müqavilənin uzadılmaması ilə bağlı qərar qəbul edib. Bu barədə "Report"a "Kapital Bank" ASC-nin mətbuat xidmətindən bildirilib.
Açıqlamada deyilir ki, "Kapital Bank" digər bir reytinq agentliyi ilə müqavilə imzalayıb: "Kapital Bank" artıq digər reytinq agentliyi - "Standart & Poor's"la əməkdaşlıq müqaviləsi imzalayıb və bundan sonra onlarla əməkdaşlıq edəcək".
Qeyd edək ki, "Fitch" beynəlxalq reytinq agentliyi Azərbaycanın "Kapital Bank" ASC-nin uzunmüddətli xarici valyutada kredit reytinqini "BB-" səviyyəsində, proqnozunu isə "stabil" olaraq təsdiq edib. Bununla yanaşı, Agentlik Azərbaycan bankının gələcək reytinq qiymətləndirməsini dayandırdığını bəyan edib.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/kapital-bank-asc-fitch-le-muqavilesine-xitam-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR