Emin: "Bu, bizim üçün böyük itkidir"

Emin: "Bu, bizim üçün böyük itkidir"
15:01 7 Dekabr 2015
104 Şou
Ölkə mətbuatı
A- A+

Rusiyada yaşayan azərbaycanlı iş adamı, müğənni-bəstəkar, Azərbaycan prezidenti İlham Əliyevin böyük qızı Leyla Əliyevanın keçmiş həyat yoldaşı olan Emin Ağalarov "Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən güclü yanğın nəticəsində dünyasını dəyişmiş insanlara baş sağlığı verib.

ANS PRESS-in məlumatına görə, Emin Ağalarov sosial şəbəkədə bu barədə yazıb.

“Xəzər Dənizində "Günəşli" platformasında baş verən yanğının qurbanlarının ailələrinə başsağlığı verirəm. Bu, bizim hamımız üçün böyük itkidir. Allah rəhmət eləsin” Emin “Facebook” səhifəsində ‪#‎PrayForGuneshli‬ haştaqı ilə paylaşım edib.


Emin Ağalarovun "Facebook" səhifəsi

Xəzər dənizindəki yanğınla bağlı başsağlığı verənlər içərisində yerli şou-biznes nümyndələri, sənətçilərlə yanaşı türkiyəli tanınmışlar da var.

Prezident İlham Əliyevin qızı Leyla Əliyeva da öz instaqram səhifəsində faciə ilə bağlı şəkil paylaşıb.

Leyla Əliyevanın "İnstaqram" səhifəsi

XeberAygün Kazımova isə "İnstaqram" səhifəsində Günəşli yatağında dekabrın 4-də baş verən yanğınla yanaşı 19 may faciəsini də xatırladıb.


Aygün Kazımovanın "İnstaqram" səhifəsi

Dekabrın 4-ü axşam saatlarında “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə güclü yanğın hadisəsi baş verib. Baş verən güclü tufan saat 17.40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın olub.



Rəsmi məlumata görə hadisə baş verən zaman platformada 63 nəfər olub. Onlardan 1-i dünyasını dəyişib, 33 nəfər təxliyyə olunub. 29 nəfərin taleyi isə hələlik naməlumdur. Onlar itkin düşmüş elan edilib. Ötən gün başlayan axtarış-xilasetmə əməliyyatları bu gün səhərdən dalğıcların cəlb olunması ilə davam etdirilir.

Həmçinin oxuyun: Şoubiznesdən Xəzərdəki yanğına təəssüf (FOTO)

#PrayForAzerbaijan: "Günəşli" faciəsi sosial şəbəkələrdə anılır

Xəzərdə itkin düşənlərlə bağlı son vəziyyət (VİDEO, YENİLƏNİB - 6)

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=366648

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR