Polşada sosial ödəmələrin bəzi növləri gəlir vergisindən azaddır

Polşada sosial ödəmələrin bəzi növləri gəlir vergisindən azaddır
15:03 7 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 dekabr, Ramiz Quliyev, AZƏRTAC 
Polşada fiziki şəxslər gəlir vergisi, sosial sığorta ödəmələri, daşınmaz əmlak vergisi, miras və hədiyyə vergisinə cəlb edilirlər.
AZƏRTAC Vergilər. az saytına istinadla xəbər verir ki, fiziki şəxslər gəlir vergisinə öz mənfəət paylarına uyğun cəlb olunurlar.
Ümumi qayda olaraq, ər və arvad öz gəlirləri üzrə ayrı-ayrılıqda vergiyə cəlb edilirlər. Lakin birgə nikah zamanı onlar bütün vergi ilində evli qalmaq şərti ilə birgə bəyannamə təqdim edə bilərlər.
Gəlir vergisi məqsədləri üçün fiziki şəxsin vergi ili ərzində Polşada qalma müddəti 183 gündən çox olduqda, bu ölkənin rezidenti hesab olunur.
Fiziki şəxs Polşa rezidentidirsə, dünyadakı gəlirləri üzrə, qeyri-rezident olduqda isə Polşa mənbəyindən əldə etdiyi gəlirlər üzrə gəlir vergisinin ödəyicisidir.
Polşada sosial ödəmələrin bəzi növləri, əmlak və fərdi sığorta üzrə əldə edilmiş ödəmələr, bəzi alimentlər və təqaüdlər gəlir vergisindən azaddır.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Polsada_sosial_odemelerin_bezi_novleri_gelir_vergisinden_azaddir-908906

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR