Kəmaləddin Heydərov "Günəşli"yə getdi

Kəmaləddin Heydərov "Günəşli"yə getdi
15:22 7 Dekabr 2015
76 Digər
Ölkə mətbuatı
A- A+

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov "Günəşli" neft yatağında yanğın baş verən 10-cu dərin dəniz özülünə gedib.

APA-nın məlumatına görə, nazir əraziyə baxış keçirib, özüldə yanğının söndürülməsi, habelə hadisə nəticəsində itkin düşənlərin axtarışı tədbirləri ilə tanış olub.

SOCAR prezidenti Rövnəq Abdullayev də hazırda hadisə yerində yaradılmış operativ qərargahdadır.

Qeyd edək ki, dekabrın 4-də saat 17.40 radələrində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə güclü yanğın baş verib.

Hadisə baş verən zaman özüldə 63 nəfər xidmətdə olub.

Yanğın nəticəsində 2 nəfər həlak olub, 29 nəfər itkin düşüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/388342.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR