“Günəşli” yatağındakı qəzada həlak olanların ruhlarına Azərbaycanın bütün məscidlərində dualar oxunacaq

15:23 7 Dekabr 2015
101 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 dekabr, AZƏRTAC
“Günəşli” yatağındakı platformada baş vermiş yanğın nəticəsində həlak olan neftçilərin xatirələri paytaxt Bakıda və respublikamızın bütün bölgələrindəki məscidlərdə yad olunacaq, onların şəninə Quran oxunacaq, ruhlarına dualar ediləcək.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə bununla bağlı göstəriş verib.
İdarənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şeyxülislam Allahşükür Paşazadə həlak olan neftçilərə Allahdan rəhmət diləyib, onların ailələrinə, yaxınlarına, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib.
QMİ sədri bütün Azərbaycan xalqına və fədakar neftçilərin ailə üzvlərinə Allah-Təaladan səbir, yaralılara şəfa, xilasedicilərin işinə rəvac diləyib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gunesli_yatagindaki_qezada_helak_olanlarin_ruhlarina_Azerbaycanin_butun_mescidlerinde_dualar_oxunacaq-908914

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR