Xilas olunan neftçi sosial şəbəkədə təşəkkür etdi (FOTO)

Xilas olunan neftçi sosial şəbəkədə təşəkkür etdi  (FOTO)
09:31 8 Dekabr 2015
77 Digər
Ölkə mətbuatı
A- A+

Dekabrın 4-də Xəzərdə“Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən faciə 7 nəfərin həyatına son qoydu, 23 nəfər itkin düşmüş hesab edilir, 33 nəfəri isə xilas etməy mümkün olub. ANS PRESS-in məlumatına görə, faciə haqda xəbərlər az qala hər saat dəyişir .

ANS PRESS neftçilərdən biri, Bəhruz Babayevin "Feysbuk" səhifəsində dərc etdiyi statusu oxucuları ilə paylaşır:


Bəhruz Babayev

"Hörmətli dostlar, doğmalar və qohumlar, statusun hədəfi - sizin hamınıza minnətdarlıqdır. İlk növbədə əlbəttə sağ qalanları xilas edən Allaha. Yalnız onun möcüzəsi bizə həyatı yenidən verdi. Hamı bizim üçün Allaha dua edirdi və yalnız o bizə kömək etdi. Sahildə iki gün yatmayıb məni Lyubimaya-Lelik gözləyirdi:-) gözləyirdi və gözlədi. Və indi sizdən çoxuna daha çox aydın olar ki, 18 il açıq dənizdə işləmək necə ağır və qəhrəmanlığdır.

Səbinə bacım sənə təşəkkür. Gözləyirdin və dözürdün.

Bizim üçün ən dəhşətli 18 saat ərzində dua edən hamıya minnətdarlıq edirəm. İndiyədək biz döyüş filmlərində gördüyümüz səhnələrin həyatda başımıza gələcəyini hətta təsəvvür edə bilməzdik. Azersel şəbəkəsində nasazlıqların düzəldilməsinə, operativ iş üçün, SOCAR-a və yuxarı instansiyada olan rəhbərliylə əlaqənin köməkləri üçün Emilə böyük minnətdarlıq. Bu halda tam sakitliyi saxlayaraq. Sağ ol ay əmoğlu. Təşəkkür uşaqlara mənim qırmızı oğlanlarıma ‪ # ‎Redtalks. Əli, İlya, Alesker, Vusal, Emil və başqalar.

Təşəkkür SOCAR rəhbərliyinə, hərçənd çoxları onları söyürlər və ittiham edirlər. Belə ağır şəraitdə bizi xilas etmək qeyri-mümkün idi. Güclü qasırğa, güclü dalğalar və külək gəmilərin bizə yaxınlaşmasına imkan vermirdi. Təşəkkür dostlara ‪

İndi bizim şanlı #‎FHN işçiləri haqqında. Niyə sonda yazıram, çünki bu necə olursa olsun ayrı mövzudur. Sadəcə bu uşaqların inanılmaz cəsarət və xidməti Allahın köməyi ilə belə şəraitdə bizi xilas etdi. Onlar yardıma elə bir vaxtda gəldi ki, artıq bəzilərimiz ümidi itirib təlaşla otururduq.



Ancaq onların qoçaqlığı cəsarət YUMOR, bunu psixoloji köməy kimi vurğulayacağam. Siz bizə köməyə enən başında #‎ManchesterUnited papağı olan desantın təbəssümlə söylədiyi: “Yaxşı uşaqlar siz necəsiz? Hər şey arxada qaldı, inşaAllah tezliklə evdə olacaqsınız” - o anda bizim üzümüzü görərdiz. Bunu ifadə etmək çox çətindir.

Böyük təşəkkür #‎Vikhr9 gəminin bütün ekipajına. Hansı ki, mənim 2 yaxın yoldaşımı sudan sağ xilas etdilər, bu artıq qəhrəmanlıqdır. Təşəkkür bizim gəmiçilik idarəmizin bütün gəmilərinə və ‪#‎BP gəmilərinə. Hansı ki, həyatları bahasına bizə kömək etməyə çalışırdılar və indiyə qədər odu söndürməyə çalışırlar. Bu hadisələr əsasında tam bütöv kitab yazmaq olar. 18 saat yanğının, ayaqların, əllərin, qabırğaların sınmış halda qanın içində qalmaq və s. Bu sadəcə dəhşətdir. Dostlar, təşəkkür sizin hamınızına".



Biz də ANS PRESS olaraq, bu insanın sevinc və minnətdarlığına qoşuluruq və ona sağlamlıq arzulayırıq. İnşallah yaxşı xəbərlər daha çox olsun.

Dekabrın 4-də Xəzərdə “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə güclü yanğın baş verib. SOCAR-dan ANS PRESS-ə verilən məlumata görə, baş verən güclü tufan saat 17.40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın olub.

Hadisə ilə bağlı SOCAR, FHN və Respublika Baş Prokurorluğunun birgə açıqladığı məlumatda 33 nəfərin təxliyyə edildiyi, 7 nəfərin isə cəsədinin sudan çıxarıldığı bildirilir. 23 nəfərin axtarışları davam etdirilir. Baş vermiş faciə ilə bağlı Azərbaycanda 6 dekabr 2015-ci il dövlət başçısının sərəncamı ilə matəm elan edilib.

Biz də Xəzərdə baş verən hadisədə ölənlərin yaxınlarına baş sağlığı verir, itkin düşənlərin isə "Allahdan ümid kəsilməz" deyərək, tezliklə tapılacağına ümid edirik! Allah səbr versin!


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366703

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR