​Türkiyə hökuməti Rusiyaya qarşı tətbiq edəcəyi sanksiyaları bu gün açıqlayacaq

​Türkiyə hökuməti Rusiyaya qarşı tətbiq edəcəyi sanksiyaları bu gün açıqlayacaq
09:32 8 Dekabr 2015
36 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 8 dekabr. REPORT.AZ/ Bu gün Türkiyə hökumətinin Rusiyaya qarşı tətbiq edəcəyi sanksiya planını açıqlayacağı gözlənilir.
"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, elan ediləcəyi gözlənilən sanksiyalar 2016-cı il yanvarın 1-dən qüvvəyə minəcək.
Qeyd edək ki, Rusiya prezidentinin qərarı Türkiyəyə qarşı tətbiq olunan sanksiyalar da həmin tarixdən icra edilməyə başlayacaq. Bununla belə Kremlin göstərişi əsasında artıq Türkiyədən Rusiyaya idxal olunan məhsulların çatdırılmasında, bu ölkədə çalışan türk iş adamlarına Moskva ciddi maneələr yaratmağa başlayıb.
Qedy edək ki, ötən gün Türkiyənin iqtisadiyyat naziri Mustafa Elitaş ölkəsinin də beynəlxalq hüquqa əsaslanaraq Rusiyaya qarşı lazımi addımları atacaqlarını bildirib: "Rusiyaya ixracatın, oradan idxalatın iqtisadiyyatımıza təsirinə dair bütün ssenariləri dəyərləndirdik. Müxtəlif alternativlər təqdim edilib və biz onları nəzərdən keçiririk.
Boğazlardan keçən Rusiya gəmilərinə nəzarət edilməsi, Qərbin Kremlə tətbiq etdiyi sanksiyalara Türkiyənin qoşulması, rusiyalı iş adamlarına yönəlik tədbirlərin görülməsi nəzərdə tutulub. Rusiyalı turistlərə ucuz turpaketlərin verilməməsi, Akkuyu Atom Elektrik Stansiyası layihəsinin dayandırılıması kimi addımlar da atıla bilər".
Türkiyənin Rusiyaya tətbiq etməyi nəzərdən keçirdiyi sanksiyalar layihəsinə aşağıdakılar daxildir:
- Hökumət təmsilçiləri Rusiya gömrüklərində saxlanılan və geri qaytarılan meyvə-tərəvəz məhsullarının türkiyəli ixracatçıları ilə görüşərək həmin malları qiymətləndirəcəklər;
- Türkiyə hökuməti yerli toxuculuq, hazır geyim, elektrik avadanlığı, kimyəvi mallar istehsal edən və onun ixracı ilə məşğul olanların zərər görməməsi üçün məhsulların başqa bazarlara yönəldilməsinə yardım edəcək;
- Rusiyadan idxal edilən təbii qaza alternativ mənbələr axtarılacaq, ehtiyac yaranarsa, razılaşma yenilənəcək;
- Rusiyanın Türkiyədən tranzit yolu olaraq istifadə etdiyi marşrutların sayı azaldılacaq. Türkiyə ərazisindən keçən Rusiya TIR-larının içi bir-bir yoxlanılacaq;
- Rusiyada istehsal edilib Türkiyəyə ixrac olunan bütün mallar nəzarətə alınacaq və yoxlamadan keçiriləcək.
Planda Türkiyənin Akkuyu Atom Elektrik Stansiyasının tikintisində Rusiyaya alternativ axtarılması, rusiyalı turistlər üçün nəzərdə tutulan ucuz turpaketlərin ləğv edilməsi, bu yöndə başqa ölkələrdə kampaniyaların keçirilməsi nəzərdə tutulub. 

Xəbərin orijinal ünvanı: http://report.az/region/turkiye-hokumeti-rusiyaya-qarsi-tetbiq-edeceyi-sankasiyalari-bu-gun-aciqlayacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR