"ABN Amro" "Selfie" ilə bank hesabı açmağa icazə verən ilk bank oldu

"ABN Amro" "Selfie" ilə bank hesabı açmağa icazə verən ilk bank oldu
12:13 8 Dekabr 2015
32 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 8 dekabr, AZƏRTAC
Hollandiyanın "ABN Amro" bankı potensial müştərilərinə smartfonun köməyi ilə hesab açmağa icazə verən ilk bank oldu.
AZƏRTAC banks.eu saytına istinadla xəbər verir ki, hesabın açılması üçün müştəri şəxsiyyət vəsiqəsinin şəklini çəkməli, "Selfie" etməli və iDeal xidməti vasitəsilə 0,01 avro ödəməlidir.
"Müştərilərimiz arasında smartfondan istifadə halları artır. Onların maraqlarına uyğun olaraq müştərilərə smartfonun köməyi ilə hesab açmaq imkanı yaradırıq ki, bu da çox sürətli və asandır. Bunun üçün bankın filialına müraciət etmək mütləq deyil", - deyə bankın idarəedici direktoru Frans Uolders bildirib.
Bank bu yaxınlarda yeni xidmətini texniki laboratoriyasında sınaqdan keçirib. Həmçinin pilot layihə bankın Hollandiya üzrə 6 filialında da istifadəyə verilib. Qeyd edək ki, "ABN Amro" mobil tətbiqetməsindən ayda 57 milyon dəfə istifadə olunub.
Bu yaxınlarda "MasterCard" şirkəti də maliyyə əməliyyatlarının icrası üçün "Selfie" imkanlarından istifadə etməyi qərara alıb və "Selfie"nin köməyi ilə həyata keçirilən xidmət yaradıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR