Azərbaycanlı alim yenidən İqtisadi Əməkdaşlıq Təşkilatının "İqtisadiyyat" jurnalının baş redaktoru seçilib

Azərbaycanlı alim yenidən İqtisadi Əməkdaşlıq Təşkilatının "İqtisadiyyat" jurnalının baş redaktoru seçilib
14:13 8 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 8 dekabr, AZƏRTAC
İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev yenidən İqtisadi Əməkdaşlıq Təşkilatının "İqtisadiyyat" jurnalının baş redaktoru seçilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev və şöbə müdiri Aynurə İsmayılova Ankarada İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi Tədqiqatlar üzrə Daimi İşçi Qrupunun 4-cü və qurumun "İqtisadiyyat" jurnalının redaksiya heyətinin 3-cü iclasında iştirak ediblər. Tədbirlər Türkiyənin İnkişaf Nazirliyinin və İƏT-in birgə təşkilatçılığı ilə baş tutub.
Qazaxıstan, Əfqanıstan, Pakistan, İran, Qırğızıstan və Türkiyədən nümayəndələrin də qatıldığı iclaslarda ötən dövrün hesabatları və görülmüş işlərə dair məruzələr dinlənilib, bir sıra təklif və tövsiyələr verilib. Yekun hesabat dinlənildikdən sonra iştirakçıların müvafiq əlavə və dəyişiklikləri ilə qəbul edilib. İclasda, həmçinin "İqtisadiyyat" jurnalının baş redaktoru Vilayət Vəliyev yenidən növbəti dövr üçün jurnala baş redaktor seçilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR