Turun son oyunununda heç-heçə (VİDEO)

Turun son oyunununda heç-heçə (VİDEO)
14:31 8 Dekabr 2015
21 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərə Premyer Liqasının 15-ci turunun son oyun günündə "Everton" doğma divarlar arasında "Kristal Pelas" klubunu qəbul edib.

ANS PRESS-in məlumatına görə, oyun "Qudison Park" stadionunda baş tutub.

"Everton" - "Kristal Pelas" matçında hesab oyunun 2-ci hissəsində qonaq komanda tərəfindən açılıb. Belə ki, 76-cı dəqiqədə Skott Denni künc zərbəsindən sonra topu başla Tim Hovardın qoruduğu qapıdan keçirib. "Everton"un cavabı isə, 81-ci dəqiqədə gəlib. Romelu Lukaku Qaret Berrinin ötürməsini qolla tamamlayıb. Bu həm də oyunda vurulan son qol olub. Beləliklə, "Everton" - "Kristal Pelas" oyunu 1:1 hesabı ilə başa çatıb.


"Everton" - "Kristal Pelas" oyunu

Bu heç-heçədən sonra aktivinə 1 xal yazdıran "Everton" klubu İngiltərə Premyer Liqasının turnir cədvəlində 11-ci pillədən 9-cu pilləyə yüksəlib, "Kristal Pelas" isə 8-ci yerdən 6-cı yerə yüksəlib.


İngiltərə Premyer Liqasının turnir cədvəli

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=366727

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR